Modern.az

Hörmüzü Tramp boğazı adlandırmaq istəyir

Hörmüzü Tramp boğazı adlandırmaq istəyir

Dünya

Bu gün, 20:02

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını "Tramp boğazı" olaraq dəyişdirməyi təklif edib.

Modern.az xəbər verir ki, bu barədə o "Truth Social"da yazıb.

"İndi o, ABŞ-nin nəzarətində olduğuna görə, biz Hörmüz boğazının adını Tramp boğazı olaraq dəyişdirməməliyikmi???" - Tramp bildirib.

Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə hava hücumu edib. İran isə ABŞ-nin Yaxın Şərqdəki bazalarına cavab zərbələri endirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...