Modern.az

Almaniyaya hücum araşdırılır - ZELENSKİNİ MƏLUMATLANDIRDI

Almaniyaya hücum araşdırılır - ZELENSKİNİ MƏLUMATLANDIRDI

Dünya

Bu gün, 22:47

Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, Kansler Ofisinin yaydığı məlumatda telefon danışığı zamanı Fridrix Mertsin Leypsiq hava limanına edilən hibrid hücumun mənbəyinin müəyyənləşdirilməsi barədə Prezident Volodimir Zelenskini məlumatlandırdığı bildirilib. Kansler vurğulayıb ki, Ukrayna Almaniyanın həm mülki, həm də hərbi dəstəyinin davamlılığına etibar edə bilər.

Ukrayna Prezidenti isə Almaniyanın göstərdiyi yardıma, o cümlədən hava hücumundan müdafiə sahəsindəki dəstəyinə görə təşəkkürünü bildirib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...