Modern.az

Jurnalisti arvadı ilə bir yerdə öldürdülər

Jurnalisti arvadı ilə bir yerdə öldürdülər

Təhsil

30 Noyabr 2014, 16:45

Ukraynanın şərqində - Slavyanskda Donetskdən olan jurnalist, “Kriminal-ekspress” qəzetinin redaktoru Aleksandr Kuçinski və onun həyat yoldaşı qətlə yetirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ərlə arvadın meyitləri Boqorodiçnoe qəsəbəsindəki bağ evində aşkarlanıb. Öldürülən jurnalistin kriminal mövzuda yazılan bir neçə kitab müəllifi olduğu da bildirilir. Ukrayna Daxili İşlər Nazirliyinin Baş İdarəsində jurnalistin arvadı ilə birgə qətlə yetirildiyini təsdiqləyiblər. Milisdən verilən məlumata görə, ərlə arvadın bədənlərində çoxsaylı kəsilmiş-deşilmiş yaralar olub.

Ukraynada son bir ildə 7 jurnalist öldürülüb, 170-i yaralanıb. 2014-cü ildə Ukrayna tarixdə ilk dəfə beynəlxalq səviyyədə jurnalistlərin işləməsi üçün ən təhlükəli ölkə sayılıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı