Modern.az

Naif Alibeyoğlunun ifasında erməni mahnısı: “Qars... Qars... Yerb veradarnas...”

Naif Alibeyoğlunun ifasında erməni mahnısı: “Qars... Qars... Yerb veradarnas...”

Təhsil

1 Dekabr 2014, 09:54

Oxucular yəqin ki, Hrant Dinkin adını eşidiblər. Əslən Malatya şəhərindən olan bir erməni idi. “Agos” adında bir qəzet çıxarırdı Türkiyədə, öldürülənə qədər onun baş redaktoru idi. 7 il bundan əvvəl Ogün Samast adlı bir Qaradənizli gənc əsəbiləşib Trabzondan avtobusa oturmuş , İstanbula gələrək onu öldürmüş və təkrar məmləkətinə qayıdarkən onu tutub mühakimə etdilər və indi də həbsdədir. Ogün Samastı bu vadar edən nə idi? Neçə ildi bunun üstündə baş sındırılar. Əslində baş da sındırmırlar. Məsələni gündəmdə tutmaq üçün erməni manevrləri edirlər. Bu cinayətin arxasında bir “örgüt axtarırlar”, amma “tapa bilmirlər”.

Ölümündən öncə Hrant Dinki yazılarına görə məhkəməyə çəkmişdilər və onu həbs eləmək istəyirdilər. Səbəb isə yazdığı bax bu cümlələr idi. Onu olduğu kimi Azərbaycan oxucularının yadına salmaq istərdim. Göründüyü kimi Türkiyə Türkçəsi ilə Azərbaycan Türkçəsində cümlə və sözlərin səslənməsində də heç bir fərq yoxdur.:

” Türkdən boşalacaq zəhərli qanın yerini dolduracaq təmiz qan, Erməninin Ermənistan ilə quracağı əsil qanda mövcuddur”.

Gəl anla nə demək istəyir? Yadımdadı, onun özü TV-lərə çıxaraq bu dediyi bu cümlələrdə Türklüyü təhqir etmədiyini söyləyirdi, buna inanan da olurdu, inanmayan da. Ogün Samast inanmayanlardan idi və demişdi ki, “sən kimsən ki, mənim Türk millətimin qanı xarab hesab eləyirsən. Özü də çörəyimizi yeyə- yeyə, suyumuzu içə- içə. 75 milyonun əhalinin içərisindən bir belə dəlisi və anlamazı da çıxa bilərdi. Və dediyim cinayət baş vermişdi. Tutulanda da peşman olmadığını söyləmişdi Ogün Samast. Bu gün də fikrini dəyişdirmir. Özü bilər.

O gündən bu günə bu cinayətin arxasında bir örgüt axtaran və məsələni gündəmdə tutmaq üçün min cür oyunlar quran bir çox antitürk qüvvələr var ki, Hrant Dink faktorunu bir siyasi alətə ceviriblər. Qoymurlar zavallı qəbirdə rahat uyusun. O gündən bu yana Dinkin bu “mürəkkəb cümləsi” təhlil edilməkdədir. Hələ də bir yana çıxarda bilmirlər. Hrant Dinklə bağlı gəlişmələr bu axmaq cümlənin kənarına çoxdan çıxıb. Onun şərəfinə xüsusi bir fond da təsis ediblər: “ Hrant Dink fondu”. Bu fond da ötən günlərin birində Türkiyənin başkəndi Ankarada bir konfrans düzənləmişdi. Adı da belə idi: “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi ". Konfransda Türkiyənin sərhəd siyasəti, siyasi, iqtisadi, sosial, ekoloji, insani və regional aspektləri də ələ alınacaqdı. Mən bu konfransada iştirak edib sözümüzü deməkdən yanaydım. Amma bəzi səbəblərdən burada iştirak etmək imkanım olmadı. Kaş ki, olsaydı. Heç olmasa burada iştirak edib bəlağətli çıxış yapan Qarsın keçmiş bələdiyyə başqanı Naif Alibeyoğluna cavab verə bilsəydim... 15 il bundan qabaq yazdığım “Qars adlı Vətən “ kitabında bu bəyin ermənilərlə əlaqələrindən , onlarla işbirlikçi fəaliyyətindən, Qarsla Gümrü arasında “qardaşlaşma” protokolundan... yazmışam.

Naif Alibeyoğlunu da bir az yaxından tanımaq lazımdır. Özəlliklə onu Azərbaycan tanımalıdır. Çünki Qars elə bir yerdir ki, oraya Azərbaycan bigənə qala bilməz. Qarsda mçvqelərimizi Ermənistana qapdıra bilmərik.

Mənim yaxşı yadımdadır. N. Alibeyoğlu Qars bələdiyyə başqanı seçilən kimi Ermənistanla, özəlliklə Gümrü şəhəri ilə əlaqələr qurmağa can atdı. Bəlli səbəblərdən sərhədləri bağlı saxlayan Türkiyə dövlətinin siyasətini heçə sayaraq Ermənistana səfərlərə çıxdı və İrəvan şəhərində verdiyi bir müsahibədə “ürək ağrısı” ilə sərhədləri bağlı saxlayanları lənətlədi. İndi də onu edir. Görəsən kim idi o zaman və indi sərhəddi bağlı saxlayan? Əlbəttə, Naif Əlibəyoğlu cənabları bunları yaxşı bilirdi və erməni yanlısı kimi çıxış etməsinin səbəbləri vardı və günümüzdə bunlar gün üzünə çıxmaqdadır. Və bununla birlikdə mənim də bir jurnalist olaraq haqlı olmağım üzə çıxmaqdadır.

1999-da Naif bəy Ermənistandan bir heyət dəvət edərək Qars şəhəri ilə Gümrü şəhərini “qardaş şəhərlər” elan etdi və yenə də Türkiyə dövlətini siyasətinə qarşı gedərək Ermənilərlə bir protokol da imzaladı. Açıq açıq Erməni sevgisini izhar eləməyə başladı. Sonra bunlar azmış kimi imza toplatdırmağa başladı ki, sərhədlər açılsın. Hətta 50 min adamın bu işə qol qoyduğu ilə bağlı informasiyalar ötürülməyə başladı. Deyirlər ki, bu arada o və yaxınları Ermənistanla yaxşı biznes əlaqələri də qurubmuş. Bunda da bizim heç işimiz yoxdu.

Sonra “Ucube” meselesi. Dönəmin başbakanı Recep Tayyip Erdoğan bu kəlməni çox gözəl tapmışdı. Ucube –yəni əcaib. Qars qalasını yəqin ki görənlər var. Qalanın hündürlüyü səviyyəsində bir abidə ucaltmaq işinə girişmişdi Naif bəy... Adını da qoymuşdu “Dostluq anıtı”, və ya “insanlıq “ abidəsi. Ordan burdan da yaxşı pul toplamışdı. Onu elə bir yerdə ucaldılmışdı ki, lap uzaqdan, yəni Ermənistandan da görünsün. Və onun nəyə işarə olduğunu anlamaq elə də çətin deyildi...

Mən bu gerçəkdən də eybəcər, əcaib yapını görmək üçün Qarsa getmişdim. Görəndən sonra Gümrüdəki (keçmiş Leninakan) “Ana Ermənistan “ abidəsini xatırlamışdım. O da təxminən Qarsdakı boyda möhtəşəm bir abidə idi. Ana əlində qınından yarıya qədər çıxardığı qılıncı üzü Türkiyəyə qarşı siyirmişdi. Alibeyoğlunun Qarsda yapdırmaq istədiyi abidə də belə bir işarə verirdi. Amma bu hər nəyə işarəsiydisə, hər halda dostluq işarəsi deyildi. Çünki kim bilməsə də Qarslılar yaxşı bilirdilər ki, Ermənilərlə dostluq belə asanlıqla bir dostluq abidəsi yaptırıb erməniləri tamaşasına toplamaqla alınmaz. Çünki qarslılar erməni zülmününün nə demək olduğunu yaxşı bilirlər. Qarsda elə ailə yoxdur ki, onların taleyində bu faciələr yaşanmasın. Çünki kim bilməsə də Naif bəy bilməli idi ki, o tərəfdən də bu tərəfə sevgi selləri axmayacaqdı. Nifrət, intiqam hissləri ilə yüklənmiş toplumun qəzəbindən başqa heç nə! Türkə sonsuz nifrət. Bəlkə elə bu idi Naif bəyin istəyi. Amma ağır olan ekonomik durumu düzəltmək üçün və həmdə buraya yenidən sahib olmak imkanlarını götür-qoy etmək üçün manevrlər etmək gərəkirdi. O zaman o tərəfdə, ermənicə çıxan bir qəzetdə, deyəsən “Aravot”da yazmışdılar ki, “Qars və Gümrü şəhərləri İkisi də Erməni şəhəridir onsuz da qardaşdırlar. Və onlar qardaşdan başqa daha nə ola bilərlər ki...” Sonra da ermənilər bütün məclislərdə araq içib oxuduqları bir məşhur mahnınının misralarını vermişdilər: ” QARS, QARS..., YERB VERADARNAS (tərcüməsi: Qars, Qars ... Nə vaxt geri qayıdacaqsan) Naif bəyə xatırladım ki, bu mahnı ermənilərin bütün toy -düyün işki məclislərində oxunmaqda davam edir. Ermənistanda qonaq olduğu zamanlarda təsadüfən ermənilərə qoşulub bu mahnını oxumayıb ki? Bir xatırlasın.

Ermənilərin Qarsa maraqları tükənməzdi. “Batı Ermənistan” dedikləri Şərqi Anadolunun 11 vilayətinə hələ də iddiada olan rəsmi Ermənistan dövlətinin Qarsa marağını başa düşmək olar. Biz onu demək istəyirik ki, burada Naif Alibeyoğlu bu maraqların təminatçısı olacaqdı, məhz o alət edilmişdi. İndi də alət olmaqdan məncə xilas olmayıb, Hrant Dink Fondunun tədbirində yana-yana “ İnsanlıq abidəsi”nin sökülməsindən danışarkən mən yenə öz qənaətimdə qaldım. Bir daha o illəri xatırlatmağımın da məqsədi var. Biz Türkiyə və Azərbaycan olaraq bir az ayıq olmalıyıq. Ermənilər digər məsələlərdə usta olduqları kimi sərhəd bölgələrində apardıqları siyasətdə də ustadırlar. Onlar Qarsın önəmini dərk edərək burada mövqelərini möhkəmləndirməyə çalışırlar. Əsasən Azərbaycan coğrafiyası sayılan bu regionda Naif kimilərin aracılığı ilə Qars iddialarını yeniləməyə və müəyyən addımlar atmağa çalışırlar. Mən yüz faiz bilirəm ki, əgər bələdiyə başkanı dəyişməsəydi erməni şovinist şair Yeğişe Çarentsin bu şəhərdə ev- muzeyi açılacaqdı. Yüz faiz əminəm ki, burada ermənilərin sandıqlarında saxlayıb indi üzə çıxardıqları tapularla bu şəhərə xeyli adam yerləşəcəkdi.

Xəbəriniz yoxsa deyim. Ermənistanın ”Batı Ermənistan” dediyi ərazilərə əhali yerləşdirmək planları var. Və Diyarbakırdan tutmuş Trabzona qədər bu ərazilərdə fəal iş aparılır. Kilsələr restavrasiya edilir, ayinlər təşkil edilir, vakıf torpaqları, əmlakları geri alınır. Türkiyədəki mal- mülklərlə bağlı dünyanın müxtəlif yerlərində yüzlərcə məhkəmə iddiası var. Onların məhkəmə həlli çox zaman ermənilərin xeyrinə sonuclanır.

... Ermənilərin Cənub- Şərqi Anadoludaki sözcüləri də bunları zaman zaman dilə də gətirirlər. Erməniləri gəlib”öz torpaqlarında” yaşamağa dəvət edirlər. BU işdə ermənilərə dəstək verənlər mükafatlandırılır. Ermənicə mətbuatda gedən bir xəbəri diqqətə çatdırmaq istəyirəm. “...Sosioloq İsmail Beşikçi, Diyarbakır keçmiş Bələdiyyə Başkanı Osman Baydemir və İsmail Beşikçi Vəqfi Başçısının köməkçi vəkil Ruşen Arslan, Qərbi Ermənistan Konqresinin dəvəti ilə Ermənistana bir ziyarət gerçəkləşdirdilər. Beşikçi və Baydemirə ermənilərin “Batı Ermənistan”a dönmə davasınada dəstək verdiklərinə görə Gevorg Surenyants mükafatı verildi”.

Osman Baydemir İrəvan Dövlət Universitetində olan tədbirdə çıxışında isə, ermənilərin 1915-ci ildən əvvəlki torpaqlarına geri dönməsini istəyərək Türkiyəni tənqid etdi. Baxın onun söylədiklərinə: “Dünyanın harasında olursa olsun, soyqırıma məruz qalmış ermənilərin nəvələrinin gəlib öz torpaqlarına yerləşmə haqqı vardır”. Buradan nəticə çıxarmalıyıq ki, Ermənilər torpaq iddialardan daha önə keçərək bu planı həyata keçirmə istiqamətində də fəaliyyətləri mövcuddur. Qarsda da bu fəaliyyət aparılmaqdadır. Naif Alibeyoğlunu Ankarada adını çəkdiyimiz erməni konfransına qatılaraq yenə də sərhədlərin açılması məsələsini qabartması təsadüfi deyil. Konfransada səslənmişdir ki, guya sərhədlər Azərbaycana görə bağlıdır: “Türkiyə, 1993-cü ildə Azərbaycanla Ermənistan arasında yaşanan Qarabağ müharibəsinə reaksiya olaraq sərhədi tamamilə və tək tərəfli olaraq bağlayaraq, Qars-Gümrü qatar səfərlərini dayandırdı”. Bu əslində belə deyildir. Türkiyədə də qoy bilsinlər ki, Ermənistan onun ərazi bütövlüyünü tanıyan Türkiyəyə cavab olaraq “ərazi iddiaları “ irəli sürmüş və Ter- Petrosyan höküməti bu vilayətlərin Ermənistana “qaytarılmasını” istəmişdi. Demək sərhədlərin qapanmasının tək səbəbi Qarabağdakı işğal deyildir.

...Qayıdaq Ankara konfransına. Konfrans proqramında qarşıya çıxan başlıqlar belə idi: "Açılışdan kapanışa bir Sərhədin öyküsü",”Bağlı sərhəd hekayələri”, “ Bağlı sərhəd və qonşular", “Azərbaycanda Türkiyə-Ermənistan sərhədinin açılmasına dəstək verənlər və qarşı çıxanlar", “ Açıq sərhədlər, açıq zehinlərdə” və s. “Hepimiz Erməniyiz” cərgəsində olan tanıdığımız və tanımadığımız simalar. Amma ən yaddaqalanı yenə Naif Alibeyoğlu idi. Qars həsrətini içində gəzdirən erməni görkəmində. İfasında da həmin erməni mahnısı: ” QARS, QARS..., YERB VERADARNAS...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı