Modern.az

Elmar Qasımova “Əməkdar müəllim” medalı təqdim olundu

Elmar Qasımova “Əməkdar müəllim” medalı  təqdim olundu

Təhsil

16 Dekabr 2014, 09:45


Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Əsrin müqaviləsinin 20 illiyi” münasibətilə ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə və “Neft daşlarının 65 illiyi” münasibəti ilə yatağın işlənməsində xidmətlərinə görə təltif edilmiş mükafatçılarla görüş keçirilib.

Modern.az saytının məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev hər zaman neftçi əməyini yüksək qiymətləndirən, Azərbaycan neftçilərinin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim” medalı və vəsiqəsi təqdim olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında Prezident İlham Əliyevin 19 sentyabr 2014-cu il tarixli sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim” fəxri adı verilib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı