Modern.az

İlham Əliyev ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında olub

İlham Əliyev ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında olub

Təhsil

16 Dekabr 2014, 11:50


Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Sonra “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı və Sabirabad “ASAN xidmət” mərkəzinin könüllüsü Rəvanə Davudova çıxış etdilər.

Forum işini panel iclaslarla davam etdirir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı