
“Son vaxtlar Azərbaycanla Rusiya arasında münasibətlər istiləşir. Bu, təqdirəlayiqdir. Amma 2014-cü il bitir, Dağlıq Qarabağ məsələsi isə hələ də öz həllini tapmayıb”. Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında İqtisai siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin Rusiya olduğunu xatırladıb. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan elə siyasət aparmalıdır ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində aktiv iştirakçı olsun.
Vahid Əhmədov dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən də danışıb. O qeyd edib ki, bu mənada Tarif Şurası benzinin qiymətinin aşağı salınması məsələsinə bir daha baxmalıdır.
Aqşin Kərimov