Modern.az

Narkotik qəbul edən avtobus sürücüləri ilə bağlı DYP-dən AÇIQLAMA

Narkotik qəbul edən avtobus sürücüləri ilə bağlı DYP-dən AÇIQLAMA

Təhsil

16 Dekabr 2014, 15:25

Milli Məclisin bugünkü iclasında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Bakıda sərnişin nəqliyyatındakı problemlərdən danışıb. Onun iddiasına görə, paytaxtda bəzi avtobus sürücüləri 16 saat işləyirlər: “Vətəndaşlar arasında belə bir söhbət gəzir ki, hətta avtobus sürücüləri yorğunluqlarını aradan qaldırmaq üçün narkotik vasitələrdən istifadə edirlər”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deputatın bu açıqlamasına münasibət bildirib.

O, Modern.az-a açıqlamasında deyib ki, istər spirtli içkinin, istərsə də narkotik və digər güclü təsir göstərən pereparatların təsiri altında avtomobillərin idarə edilməsi çox təhlükəlidir: “Sərxoş vəziyyətdə idarəetməyə qarşı Dövlət Yol Polisi əməkdaşları mütəmadi tədbir keçirir. Bu il ərzində 9 mindən artıq sərxoş sürücü saxlanılıb. Bundan başqa, bir neçə sürücünün də avtobusu sərxoş idarə etməsi faktı qeydə alınıb və ictimaiyyətin nəzərinə çatdırılıb. Narkotik, spirtli içki və digər təsirli pereparatlardan istifadə edənlərə qarşı təsirli tədbirlərin gücləndirilməsinə gəldikdə, düşünürəm ki, daha da sərtləşdirilməlidir”.

Vaqif Əsədovun fikrincə, mentalitetimizə zidd olan təhlükəli vərdişlərimiz də var, bunların qarşının alınması üçün cəza tədbirləri sərtləşdirilməlidir: “Dünyanın bütün inkişaf etmiş ölkələrində iş vaxtı nahar fasiləsi də daxil olmaqla 8 saat nəzərdə tutulub. Biz avtomobilin sərxoş vəziyyətdə idarəedilməsilə dəfələrlə rastlaşmışıq və bu haqda KİV-də məlumat yaymışıq. Onlara izah etmişik ki, bu sürücülük hüququnun, kateqoriyanın onun əlindən alınması deməkdir. Narkotik vasitələrin istifadəsilə avtombil və ya avtobusların idarə edilməsi isə aşkar olunmayıb. Yəni bunu ayırd etmək üçün xüsusi aparatlar olmalıdır”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı