
Milli Məclisin bugünkü iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov tənqidi çıxış edib.
Modern.az saytının məlumatına görə, deputat bildirib ki, eyni dərman preparatı başqa-başqa yerlərdə müxtəlif qiymətə satılır.
Onun sözlərinə görə, dərmanların qiymətinin tənzimlənməsi üçün “Rəqabət Məcəlləsi haqqında” qanun qəbul edilməldir. Vahid Əhmədov dərman bazarında inhisarın olmasını da vurğulayıb:
“Dərman sahəsi monopoliyadadır. Heç kəs bunu gizlətməsin. Bu qanunun qəbul edilməsi qiymətlərin dəyişməsinə təsir etməyəcək. Bu dəyişiklik monopoliya yaradan qrupların maraqlarına xidmət edəcək. Qanun layihəsində “Dövlət qeydiyyatında olan dərmanlar” ifadəsi isə çıxarılmalıdır. Bəyəm, dövlət qeydiyyatında olmayan dərmanlar da var? Onda belə çıxır ki, insanlara zəhər satırlar? Bu ifadə qanun layihəsindən çıxarılmalıdır”.
Deputat Cavanşir Feyziyev isə Vahid Əhmədova cavab olaraq bildirib ki, heç bir inhisardan söhbət gedə bilməz. Sonda dəyişiklik qəbul edilib.
Aqşin Kərimov