Prezident İlham Əliyev Şirməmməd Ağaməmməd oğlu Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, Ş.Hüseynov Azərbaycanda jurnalist kadrların hazırlanmasındakı xidmətlərinə görə təltif edilib.
Modern.az-ın məlumatına görə, sabah 17 dekabrda professor Şirməmməd Hüseynovun 90 yaşı tamam olur.
Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.
Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir.
Modern.az