Modern.az

Fikrət Qoca işə qayıdır

Fikrət Qoca işə qayıdır

Təhsil

25 Fevral 2015, 12:50

Ürəyindəki problem səbəbindən müalicə məqsədilə təcili olaraq Türkiyəyə aparılan Fikrət Qoca fevral ayının 21-də  Bakıya qayıdıb. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın Modern.az-a bildirdiyinə görə, Fikrət Qocanın səhhəti yaxşılaşıb və bir müddət sonra  işə qayıdacaq.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca ürəyində yaranan problem səbəbindən təcili Türkiyəyə aparılmışdı.

Ulduz İBRAHİMOVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı