Barselonada keçirilən “Mobile World Congress”də çoxdan gözlənilən təqdimatlardan biri - Samsung Galaxy S6 flaqman telefonunun nümayişi baş tutub. “iPhone 6”nın yeni rəqibi olacaq “Galaxy S6”nın satışı aprel ayının 10-a planlaşdırılıb. Bu smartfonda ən son mobil texnologiyalardan istifadə olunub. Telefonun ölçüsü 143×71×6,8mm, çəkisi 138 qramdır. Korpusunda bütövlüklə alüminiumdan istifadə olunub, üz hissəsini isə Gorilla Glass 4 qoruyur. 5.1` Super AMOLED tipli ekran kifayət qədər böyükdür və Quad HD rejimini dəstəkləyir. Galaxy S6 haqqında daha ətraflı təqdimatı “Bakcell”in rəsmi Facebook səhifəsində Şirkətin dəstəyi ilə Barselonaya ezam olunmuş bloqerin təqdimatında izləyə bilərsiniz:
//www.facebook.com/video.php?v=914344321944030Modern.az