Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

5 Mart 2015, 12:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  martın 6-7-də isə Azərbaycan ərazisində mülayim hava şəraiti hökm sürəcək.

Martın 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeron yarımadasında martın 6-da havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 6-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı