Modern.az

Erməni güləşçilər üçün Avropa Oyunları bitdi

Erməni güləşçilər üçün Avropa Oyunları bitdi

Təhsil

18 İyun 2015, 12:51

İyunun 18-də Ermənistan güləşçilərinin “Bakı 2015” Birinci Avropa Oyunlarında iştirakı başa çatıb.

Modern.az saytı xəbər verir ki, Ermənistanı təmsil edən güləşçilər bütün oyunlarda məğlub olub.

61 kq çəkidə güləşçimiz Hacı Əliyev Ermənistan təmsilçisi Valodya Franqulyanı 7:0 hesabı ilə udub.

86 kq çəkidə erməni təmsilçisi Musa Murtuzalıyev Gürcüstan idmançısı Sandro Aminasviliye ilə qarşılaşıb. Erməni təmsilçisi 1:4 hesabı ilə uduzub.

125 kq çəkidə Ermənistanı təmsil edən Levan Berianidze isə Belarus idmançısı Aleksey Semarova 0:5 hesabi ilə məğlub olub.

Bununla da erməni güləşçilərinin yarışlarda iştirakı sona çatıb.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı