Modern.az

Azərbaycan Ordusunun əsgəri donvurmadan ölüb

Azərbaycan Ordusunun əsgəri donvurmadan ölüb

Təhsil

13 Oktyabr 2010, 12:16

Azərbaycan Ordusunun əsgəri donvurmadan ölüb. APA-nın  məlumatına görə, hadisə Qarabağ cəbhəsinin şimalında - Murovdağda qeydə alınıb.

Milli Ordunun əsgəri, Şirvan şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 22 yaşlı Əsədov Sadiq Mürşüd oğlu ötən gün donvurmadan dünyasını dəyişib.

Şirvan şəhər Hərbi Komissarlığından verilən məlumata görə, S. Əsədovun meyiti artıq doğuldu şəhərə gətirilib. O bu gün torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı