Rusiyada yaşayan azərbaycanlılar Rusiya Erməniləri İttifaqı diaspor təşkilatının sədri Ara Abramyanı məhkəməyə verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bu barədə məlumat verib. O, erməni diaspor liderinin “Rusiyadan Qarabağa 20 min könüllü göndərmək planımız var. Hərbi nəqliyyat təyyarəsi əldə etməyə çalışacayıq”-deyə açıqlama verməsini ekstremizm adlandırıb.
“Ara Abramyan ekstremist açıqlamalar verərək Rusiya ərazisində etnik gərginlik yaratmaq istəyir. Onun addım və hərəkətlərinə hüquqi qiymət verilməsi üçün polisə müraciət edəcəyik”-deyə Elnur Hüseynov söyləyib.