15 iyul gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsini vurmaq əmri vermiş Fətullah Gülən terror təşkilatı (FETÖ) üzvlərinin ratsiya ilə danışıqlarının audioyazısı açıqlanıb.
Modern.az xəbər verir ki, Virtualaz.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, dövlət başçısının təyyarəsinin vurulması əmrini verən adam general Akın Öztürkün kürəkəni polkovnik-leytenant Hakan Karakuş olub. O, məhkəmədə israrla "Qətiyyən FETÖ-çü deyilən. Çevriliş cəhdində rolum olmayıb" deyirdi.
15 iyul gecəsi silahlı çevrilişə cəhd edənlərin "Ərdoğanın təyyarəsini vurun" əmrini verdiyi səs yazısını diqqətinizə çatdırırıq:
Modern.az