Zimbabve prezidenti Robert Muqabe ölkədən qaçıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, prezident onu istefaya səsləyən nümayişlərin keçirildiyi və hakimiyyətin ordunun əlinə keçdiyi bir vaxtda bu addımı atıb.
Zimbabve dövlət başçısının mühafizə xidmətinin əməkdaşı bildirib ki. Muqabenin “Mavi dam” adlı iqamətgahında hərbçilərdən başqa heç kim yoxdur.
Hazırda Muqabenin harada olması barədə məlumat yoxdur. Güman edilir ki, o, daha öncə birinci ledi Qreysin qaçdığı qonşu ölkə Namibiyada ola bilər.