Hindistanda baş verən yol qəzasında 12 nəfər həlak oldu. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Sonipat şəhərində baş verib. Hadisə zamanı daha 7 nəfər yaralanıb.
Məlumata görə, hadisə yük maşınının avtomobillə və digər minik vasitəsi ilə toqquşması nəticəsində baş verib.
Sürücüsü hadisə yerindən qaçan yük maşını polis tərəfindən müsadirə olunub.