Modern.az

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

16 Yanvar 2019, 00:59

Ukrayna Mərkəzi Seçki Komissiyası yanvarın 15-də keçirilən iclasında daha üç nəfərin prezidentliyə namizədliyini təsdiqləyib. Modern.az xəbər verir ki, iclasda “Naşi” partiyasının üzvü Yevqeniya Muraeva, “Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko, Ukrayna Ali Radasının komitə sədrinin müavini Vitali Kupriyanın prezidentliyə namizədlikləri qeydə alınıb.

Bununla da prezidentliyə namizədlərin sayı 8-ə çatıb. Daha iki nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok