Fransada koronavirusa (COVİD-19) yoluxanların sayı 100 mini ötüb.
Modern.az xəbər verir ki, bu gün ölkədə rekord sayda - 11,059 şəxsdə virus aşkarlanıb. Bununla Fransada koronavirus qeydə alınan insanların sayı 109,069-a yüksəlib. Bu nəticə ilə Fransa Almaniyanı da geri qoyaraq virusa yoluxma sayına görə dünya ölkələri sırasında dördüncü yerdə qərarlaşıb.
Bu gün Fransda koronavirusdan ölənlərin sayı da rekord həddə olub - 1,417 nəfər. Beləliklə, ölkədə pandemiya qurbanlarının ümumi sayı 10,328-ə çatıb. Fransa COVİD-19-dan itki sayına görə də dördüncü sıraya yüksəlib.
Qeyd edək ki, bu saata olan son məlumata əsasən dünyada 1,410,197 virusa yoluxma halı qeydə alınıb, onlardan 81,014-ü ölüb, 300,740 nəfər isə sağalıb.
T.İSMAYIL