Modern.az

Gürcüstanda İsraillə birgə silah İSTEHSALI

Gürcüstanda İsraillə birgə silah İSTEHSALI

Dünya

29 Oktyabr 2021, 00:55

Gürcüstan Müdafiə Nazirliyinə daxil olan “Delta” adlı hərbi elmi-texniki mərkəzdə GI -4 avtomatlarının istehsalına başlanılıb.

 

Modern.az xəbər verir ki, NATO standartlarına uyğun müasir silahların istehsalı bu gün fəaliyyətə başlayan Gürcütan-İsrail birgə müəssisəsində həyata keçiriləcək.

 

Müasir avadanlıqlarla təchiz edilmiş müəssisənin buraxacağı silahlar həm Gürcüstan ordusu, həm də ixrac üçün nəzərdə tutulub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok