Modern.az

Filippində təbii fəlakət: 155 nəfər öldü

Filippində təbii fəlakət: 155 nəfər öldü

Dünya

5 Noyabr 2022, 19:29

Filippində "Nalji" tropik qasırğasından 4,23 milyondan çox insan zərər çəkib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 155 nəfər təbii fəlakətin qurbanı olub.

 

Bildirilir ki, 355,4 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Ən azı 129 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 34 nəfər itkin düşmüş hesab olunur. 

 

Ölkənin müxtəlif bölgələrində sel və torpaq sürüşmələri qeydə alınıb.

 

Məlumata görə, qasırğa 24 900 evə ziyan vurub, 3000-dən çox binanı dağıdıb. Təbii fəlakət nəticəsində 503 yol və 119 körpü zədələnib. 359 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.

 

Bundan əlavə, 666 təhsil ocağında tədris prosesi, 223 müəssisədə iş dayandırılıb. Kənd təsərrüfatına dəyən zərər 2,82 milyard peso (48,33 milyon dollar) həcmində qiymətləndirilir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi