Modern.az

İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməlidir – Akar

İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməlidir – Akar

Dünya

6 Dekabr 2022, 11:40

“Türkiyənin NATO-nun “açıq qapı” siyasəti ilə bağlı bir problemi yoxdur”.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

 

“Türkiyənin həssaslığına hörmət göstərilməlidir. İsveç, Finlandiya və Türkiyə arasında üçtərəfli memorandum imzalanmışdı. Bu sənəddə İsveç və Finlandiya üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər yerinə yetirilməlidir. Türkiyənin NATO-nun “açıq qapı” siyasəti ilə bağlı isə heç bir problemi yoxdur”, - deyə nazir bəyan edib.

 

NATO-nun əsas hədəflərindən birinin terrorizmlə mübarizə olduğunu xatırladan Hulusi Akar bunun vacibliyini vurğulayıb: “Hazırda terrorizm bütün ölkələr üçün təhlükədir. Amma birdən çox terror təşkilatı ilə mübarizə aparan tək ölkə Türkiyədir. Bunun görülməsi, bu mövzuda gördüyümüz işlərin fərqinə varılması önəmlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü