Modern.az

Yunan nazir helikopterdən Hataya baxdı - YENİLƏNİB

Yunan nazir helikopterdən Hataya baxdı - YENİLƏNİB

Dünya

4 Aprel 2023, 17:18

Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos Türkiyəyə səfər edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli həmkarı Hulusi Akarın dəvəti ilə səfərə gələn nazir onunla görüşüb.

 

Tərəflər zəlzələ bölgəsinə yollanıblar. Nazirlər helikopterlə Hatay vilayətində zəlzələnin yaratdığı fəsadları müşahidə ediblər.

 

***

31.03.2023 / 17:18

 

Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos Türkiyəyə səfər edəcəyi tarix məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Bildirilib ki, səfər 4 aprel tarixində baş tutacaq.

 

***

30.03.2023 / 16:04

 

Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos Türkiyəyə səfər edəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, onu türkiyəli həmkarı Hulusi Akar dəvət edib.

 

Bildirilib ki, o, Akarın dəvətini qəbul edib və tərəflər arasında görüş keçiriləcək.

 

Həmçinin səfər çərçivəsində yunanıstanlı nazirin zəlzələ bölgəsinə - Hatay vilayətinə baş çəkməsi nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır