Modern.az

Rusiya əks-hücumu hiss etməlidir - Zelenski

Rusiya əks-hücumu hiss etməlidir - Zelenski

Dünya

2 İyun 2023, 21:52

Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatını görməli və hiss etməlidir, bu məqsəd ölkəmiz üçün prioritet məsələlərdən biridir.

 

Modern.az xəbər verir ki, bunu estoniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransı zamanı Ukrayna lideri Volodimir Zelenski bildirib.

 

"Bu, film deyil, əks-hücum əməliyyatını necə görəcəyinizi söyləmək mənim üçün çətindir. Əsas odur ki, Rusiya bunu görür və nəinki görür, həm də hiss edir”, - deyə Ukrayna dövlətinin başçısı bildirib.

 

Onun sözlərinə görə, Ukrayna ordusu əraziləri ruslardan azad etməyə başlayanda xalq anlayacaq ki, artıq əks-hücum gedir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!