Modern.az

Paşinyanın oğlunu “oğurlayan” qadın ev dustaqlığına buraxıldı

Paşinyanın oğlunu “oğurlayan” qadın ev dustaqlığına buraxıldı

Dünya

5 İyun 2023, 11:12

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın “oğurlanması” işi üzrə həbs edilən Qayan Akopyanla bağlı həbs-qətimkan tədbiri dəyişdirilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə vəkil Georgi Melikyan sosial şəbəkələrdə bildirib.

 

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi bu gün təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirini dəyişib.

 

"İndi o, ev dustaqlığındadır", - deyə vəkil əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü