Modern.az

Qara dənizin hava məkanı qismən uçuşlara qapadılıb - SƏBƏB

Qara dənizin hava məkanı qismən uçuşlara qapadılıb - SƏBƏB

Dünya

10 Avqust 2023, 11:51

Türkiyə ordusu Qara dənizdə yerli uzaqmənzilli hava hücumundan müdafiə sistemi olan SİPER-i sınaqdan keçirəcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla əlaqədar dənizin 850 kilometrlik hissəsində hava məkanı uçuşlar üçün qapalı zona elan edilib.

 

Qeyd olunub ki, sınağın nəticələri müsbət olarsa, SİPER hava hücumundan müdafiə sistemi qırıcı və qanadlı raketlər kimi hava hədəflərinə qarşı istifadə ediləcək.

 

Bildirilib ki, Türkiyənin hava hücumundan müdafiə sisteminin sınaqları Ukraynadakı müharibə, Afrikadakı daxili iğtişaşlar, Suriya və İran problemləri fonunda ölkəni qorumaq üçün həyata keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi