Modern.az

Rusiyaya kütləvi PUA hücumu - 4 hərbi təyyarə məhv edildi 

Rusiyaya kütləvi PUA hücumu - 4 hərbi təyyarə məhv edildi 

Dünya

30 Avqust 2023, 08:00

Rusiyanın Estoniya ilə sərhədinə yaxın ərazidə yerləşən hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

 

Modern.az bu barədə Rusiya rəsmilərinə və yerli mətbuata istinadən xəbər verir.

 

Rusiya rəsmiləri bildiriblər ki, Pskov, Bryansk, Kaluqa, Orlov və Ryazan vilayətlərində, eləcə də Moskvanın ilhaq etdiyi Krım yarımadasında PUA hücumları qeydə alınıb.

 

TASS informasiya agentliyinin məlumatına görə, Estoniya və Latviya ilə sərhədlərin yaxınlığında yerləşən Pskov vilayətinə hücum zamanı Rusiya ordusuna məxsus dörd İl-76 hərbi nəqliyyat təyyarəsi zədələnib. Onlardan ikisinin yandığı bildirilir.

 

Pskov qubernatorunun Telegram mesajlaşma proqramında yayımladığı kadrlarda sirena səsləri və partlayış səsi eşidilib.

 

Yerli teleqram kanalları bildirir ki, Estoniya sərhədindən cəmi 32 km (20 mil) şərqdə yerləşən şəhər ətrafında zenit sistemləri işə düşüb.

 

"İlkin qiymətləndirmələrə görə, ciddi heç nə baş verməyib, lakin gecə saatlarında bunu müəyyən etmək çətindir. Hər şey qaydasındadırsa, cümə axşamı hava limanı normal fəaliyyətini bərpa edəcək", - şəhərin qubernatoru Mixail Vedernikov yazıb.

 

Rusiya hərbi və müdafiə rəsmiləri üç PUA-nın Bryansk vilayətinin cənubunda, birinin mərkəzi Orlov vilayətində və birinin Moskvanın cənubundakı Ryazan vilayətində vurulduğunu bildirib. Moskvanın Vnukovo hava limanı ətrafındakı hava məkanı qısa müddətə bağlanıb.

 

Rusiya hücuma görə Ukraynanı ittiham edib. Kiyev iddialara münasibət bildirməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı