Modern.az

Gürcüstanda rektor tələbələrə prezidentin petisiyasına qoşulmağa imkan vermir

Gürcüstanda rektor tələbələrə prezidentin petisiyasına qoşulmağa imkan vermir

Dünya

30 Noyabr 2023, 14:02

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstanın ən böyük universiteti olan Tbilisi Dövlət Universitetinin rektoru tələbələrə “Səsimiz Avropa üçündür” petisiyasına imza toplamaq üçün masalar açmağa icazə vermir.

 

Modern.az xəbər verir ki, bu barədə "News Georgia" nəşri yazıb.

 

"Mən bunu başa düşmürəm. Rektor deyir ki, universitetin binasında siyasi tədbir keçirilə bilməz, lakin petisiyanın mətni qeyri-siyasidir", - Zurabişvili deyib.

 

Universitetin mətbuat xidməti hələlik məsələ ilə bağlı heç bir şərh verməyib. Tələbələr sonda küçədə, ikinci binanın qarşısında imzatoplama təşkil ediblər.

 

Zurabişvili petisiyanı noyabrın 8-də, Avropa Komissiyasının Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini tövsiyə etdiyi məlum olduqdan sonra başladıb. Yekun qərar dekabrın ortalarında açıqlanacaq. Petisiyada namizəd statusunun verilməsi üçün Aİ-yə müraciət yer alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi