Modern.az

CHP və İYİ Partiya sədrlərinin görüşü - Bələdiyyə seçkiləri...

CHP və İYİ Partiya sədrlərinin görüşü - Bələdiyyə seçkiləri...

Dünya

30 Noyabr 2023, 14:14

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özellə İYİ Partiya sədri Meral Akşener arasında görüş başlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş İYİ Partiyanın qərargahında baş tutub.

 

Bu, Özelin sədr seçilməsindən sonra iki partiyanın rəhbəri səviyyəsində ilk görüşdür. Məlumatlara görə, 31 mart 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində müxalifətin əməkdaşlığı əsas müzakirə mövzularından birini təşkil edə bilər.

 

Bununla belə, həm İYİ Partiyanın, həm də CHP-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri ilk görüşün "nəzakət görüşü" kimi xarakterizə oluna biləcəyini və gələcək əməkdaşlığın bu görüşün necə keçəcəyindən asılı olacağını deyirlər.

 

Əsas vacib məqamın iki liderin görüşdən sonra verəcəyi açıqlamaların məzmunu olacağı vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi