İranın İqtisadiyyat Nazirliyi yaxın gələcəkdə ölkədə işsizlər ordusunun 8 milyon nəfərə çatacağı barədə bədbin proqnoz verib. Modern.az Mehr agentliyinə istinadən xəbər verir ki, hazırda qonşu ölkədəki işsizlərin sayı 2 milyon 530 min nəfərdir və onların böyük hissəsini gənclər təşkil edir.
Əmək bazarı mütəxəssizləri rəsmi rəqəmləri qeyri-dəqiq hesab edərək əslində statistikanın 6 milyon nəfər təşkil etdiyini iddia edirlər. Onlar dövlətlə bərabər, özəl sektorun da bu problemin həllində zəif iştirakçılıqda suçlayır.
Modern.az