Modern.az

Banklardakı əmanətlər sürətlə geri çəkilir - RƏQƏM

Banklardakı əmanətlər sürətlə geri çəkilir - RƏQƏM

Current

16 May 2016, 11:05

Mərkəzi Bankın rəsmi statistikasında da banklardakı əmanətlərin məbləğində azalmalar aydın şəkildə müşahidə edilməkdədir.

Modern.az saytı xəbər verir ki, məsələyə iqtisadçı Vüqar Bayramov öz şərhində aydınlıq gətirib

Banklar 3 ayda 1 milyard 396 milyon manat depozit itirib

Ekspert deyib ki, bu ilə 9 milyard 472 milyon manatlıq əmanətlə başlayan banklar 2016-cı ilin yalnız 3 ayı ərzində 1 milyard 396 milyon manat depozit itiriblər:

“Bunun əsas səbəbi isə banklara olan inamın azalması üzündən əmanətçilərin öz pullarını geri çəkməsidir.

Ümumiyyətlə, əmanətlərin həcminə diqqət yetirdikdə birinci devalvasiyadan başlayaraq əmanətlərin məbləğində azalmalar müşahidə edilib. Belə ki, ilk devalvasiyadan sonra ümumi əmanətlərin həcmi milli valyutanın dəyərsizləşməsi hesabına 7 milyard 932 milyon manat idi.

 Bəzi bankların çayxanalarda kredit kartı paylamasının nəticəsi...

V.Bayramov Azərbaycanda kommersiya banklarına inamın ciddi şəkildə azaldığını vurğulayıb: 

Təəssüf ki, bankların, xüsusən də 2010-2014-cü illərdəki arxayın və yanlış bahalı kredit siyasəti bu sektorda ciddi problemlərin əsasını qoyub. Əslində biz hələ o illər “bir sıra bankların çayxanalarda kredit kartı paylamasının”ciddi böhrana yol açağını bildirirdik. Təəssüf ki, həmin illər Mərkəzi Bank sadəcə seyrçi mövqe tutdu”. 

Vətəndaş bankdakı pulunu geri ala bilmir

V.Bayramov qeyd edir ki, indi isə problem başqadır: vətəndaş halal pulunu bəzi banklardan geri ala bilmir: Əmanətlərin müqaviləyə uyğun olaraq zamanında və tələb edilən məbləğdə qaytarılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daha real addımların atılmasına ehtiyac var. Bankların problemli kreditlərinin həcminin artması əmanətçinin deyil, MDB-də ən yüksək kredit faizləri ilə uzun müddət inanılmaz qazanc əldə edən bir sıra bank rəhbərlərinin günahıdır.

Ona görə də, heç bir halda kreditlərin yubadılması əmanətlərin qaytarılmaması üçün bəhanə olmamalıdır. Buna görə də, adıçəkilən palata tərəfindən əmanətlərin qaytarılması üçün konkret meyarların müəyyənləşdirilməsi və ona nəzarət edilməsin ehtiyac var.

Palata banklara inamı qaytarmaq istəyirsə o zaman pulunu geri almaq istəyin hər bir əmanətçinin hər bir qəpiyi yubadılmadan ona qaytarılmalıdır”. 

Gülşən RAUFQIZI 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı