Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Səbail rayonunda 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Modern.az saytının FHN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq dərinliyi 5 metr və diametri 2 metr olan çuxura düşmüş vətəndaşı cıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Modern.az