Modern.az

Aşuranı qeyd edənlər qan çıxarmaqdan çəkinməyə çağırıldı

Aşuranı qeyd edənlər qan çıxarmaqdan çəkinməyə çağırıldı

Aktual

12 Oktyabr 2016, 09:31

Bu gün Azərbaycanda Məhərrəm ayının 10-cu günü - Aşura qeyd olunur. Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin, təəssüflər olsun ki, bu ayın Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub.

Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də dindarlar üçün böyük əhəmiyyət kəsb edir.

 

Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı hacı Şahin Həsənli Modern.az-a deyib ki, həmişə olduğu kimi, bu gün də Azərbaycanda Aşura qeyd olunur:

 

“Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Hazırda bütün məscidlərdə matəm mərasimləri qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə insanlara müraciət edib ki, əzadarlıq Azərbaycanın adət-ənənlərinə uyğun şəkildə qeyd olunmalıdır. İfrat hərəkətlərdən, qan çıxarmaqdan, baş yarmaqdan qətiyyətlə çəkinmək lazımdır. Çünki, bu, dinin özünü gözdən salır. Həmçinin, dini baxımdan insanların öz sağlamlığına zərər vurması haram buyurulub. Bu baxımdan əzadarlıq mərasimləri keçirilərkən dini gözdən salacaq əməllərə yol verilməməsi ciddi nəzərə alınmalıdır”.

 

İlahiyyatçı Aşuranın evlərdə keçirilməsinə qoyulan qadağaya da aydınlıq gətirib:

“Söhbət evlərdə ehsan süfrələri açılmasına qadağa qoyulmasından getmir. Eyni zamanda qadağa yalnız Məhərrəm ayını əhatə etmir, bütün vaxtlarda hansısa məkanlarda qeyri-qanuni toplantılar yolverilməzdir.

Bunu Komitə sədri Mübariz Qurbanlı da öz çıxışında vurğulayıb ki, qeyri-qanuni toplantılarn keçirilməsi qadağandır”.

 

 

Gülşən RAUQFIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı