Gəncə şəhərində kütləvi dava olub. Modern.az “Report”a istinadən xəbər verir ki, kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan artıq üçünün adı məlum olub.
Bunlar Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Xudiyev Elzamin Cəfər oğlu, Daşkəsən rayon Zəylik kənd sakini, 1964-cü il təvəllüdlü Salahov Asiman Aydın oğlu və Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü Qurbanzadə Məhərrəm Əjdər oğludur.
Onlar müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Daha bir nəfərə isə ambulator yardım göstərilib və o, evə buraxılıb.
Mübahisə Gəncə şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birində baş verib.