Modern.az

Azərbaycan-Mərakeş əlaqələri inkişaf edir

Azərbaycan-Mərakeş əlaqələri inkişaf edir

Aktual

30 İyul 2018, 20:36

Bakıda Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edilib. Modern.az APA-ya istinadən xəbər verir ki, qəbulda Azərbaycanın və Mərakeşin dövlət himnləri səslənib.

Səfir Məhəmməd Adil Embarş çıxış edərək Mərakeşin son bir ildə əldə etdiyi nailiyyətlərdən danışıb.

 

Azərbaycan-Mərakeş əlaqələrinin müxtəlif sahələrdə inkişafından danışan səfir Azərbaycan tərəfinə Saxara məsələsində konstruktiv mövqe tutduğuna və Mərakeşin ərazi bütövlüyünü  dəstəklədiyinə görə təşəkkürünü bildirib.

 

Səfirin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sabit şəkildə artmaqda davam edir.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Gündüz Cəfərov isə çıxışı zamanı bu əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib.

İki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafda olduğunu məmnunluqla qeyd edən G. Cəfərov deyib  ki, mövcud siyasi dialoq ölkələr arasındakı əməkdaşlığın inkişafına xüsusi töhfə verir: "İqtisadi sahədə də yaxşı əməkdaşlığımız mövcuddur. İmzalanmış və imzalanmaq üçün hazırlanan sazişlər ikitərəfli əlaqələrin daha da güclənməsinə  xidmət edir. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz var. Əminəm ki, mövcud olan dostluq gələcəkdə də xalqlarımızın  rifahına xidmət edəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı