Goranboyda minik maşını qoyun sürüsünə çırpılaraq çox sayda xırdabuynuzlu heyvanı tələf edib.
Modern.az xəbər verir ki, hadisə Goranboy-Naftalan avtomobil yolunda baş verib.
"Mercedes" markalı minik maşını təxminən 30 başlıq xırdabuynuzlu heyvan sürüsünə çırpılıb. Qəza nəticəsində 20-dək qoyun tələf olub, bir qismi isə yaralanıb (apa).
Faktla bağlı araşdırma aparılır.