Modern.az

MSK İqbal Ağazadənin şikayətini DSK-ya göndərdi

MSK İqbal Ağazadənin şikayətini DSK-ya göndərdi

Current

10 Fevral 2020, 21:33

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Modern.az  xəbər verir ki,  iclasda Ümid Partiyasının səlahiyyətli  nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının iclasında MSK üzvü Qalib Orucov bildirib ki, sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı 60-a qədər məntəqə üzrə yayılmış 300-ə qədər videogörüntü araşdırılır.  

MSK üzvü deyib ki, bu araşdırmaların bu gün axşam, ən geci sabah başa çatması nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı