Modern.az

Rəsulzadə Ankarada anılıb - FOTO  

Rəsulzadə Ankarada anılıb - FOTO  

Актуально

6 Mart 2020, 19:25

Bu gün Ankarada, Azərbaycan Kültür dərnəyində Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 65-ci ildönümü münasibəti ilə “Mütəşəkkür millət səni xatırlar...” adlı Anım mərasimi keçirilib.

 

Kültür dərnəyi İdarə heyətinin üzvü Səlcuk Önalın Modern.az-a verdiyi məlumata görə  mərasimdən əvvəl tədbirin təşkilatçıları olan Kültür dərnəyinin və “Rəsulzadənin ev-muzeyi” ictimai birliyinin üzvləri böyük öndərin Əsri məzarlığındakı qəbrini ziyarət edib, məzarı üzərinə əklillər və gül dəstələri qoyublar. 

Türkiyə ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi bu ziyarətdə Rəsulzadə ehtiramla anılıb, çıxışlarda onun Azərbaycan dövlətinin yaradılması və yaşadılmasındakı tarixi rolu qeyd edilib.

 

Mərasim Kültür dərnəyində davam etdirilib. Anım mərasimini giriş sözü ilə açan Kültür dərnəyinin baş katibi Tuncər Kırhan Azərbaycan İstiqlal mücadiləsində M.Ə.Rəsulzadənin rolundan bəhs edib.

 

Mərasimdə çıxış edən tarix elmləri doktoru, professor Solmaz Tohidi M.Ə.Rəsulzadənin mübarizələrlə dolu həyatı və Cümhuriyyət quruculuğu məsələlərindən söhbət açıb.

 

Tədbirdə çıxış edən xalq rəssamı Rəis Rəsulzadə, professor Qulu Məhərrəmli, ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev, rəssam Rafael Gülməmmədov, Rusiya azərbaycanlıları ittifaqının nümayəndəsi Anar Həsənov, Kültür dərnəyi Qadınlar Şurasının sədri Nəzrin Önal və başqaları Məhəmməd Rəsulzadənin Azərbaycan xalqının taleyindəki rolu barədə danışıblar.

 


 Tədbirdə “Rəsulzadə Ev-muzeyinin” hazırladığı “Azərbaycan yuvası” adlı sənədli film nümayiş etdirilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı