Modern.az

“İnsanlar kredit götürüb Yaxın Şərqə gedir, əliboş qayıdır”

“İnsanlar kredit götürüb Yaxın Şərqə gedir, əliboş qayıdır”

Aktual

Bu gün, 12:34

Yaxın Şərqdə baş verən münaqişələr Nepal, Pakistan, Hindistan və Şri-Lanka kimi ölkələrdən gələn əmək miqrantlarının ailələrini ağır borc yükü və sosial problemlərlə üz-üzə qoyur.

Modern.az xəbər verir ki, bunu Lajana Manandhar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı müzakirədə deyib.

Lajana Manandhar qeyd edib ki, minlərlə insan Yaxın Şərqə ailələrinin yaşayış şəraitini yaxşılaşdırmaq, ev tikmək, uşaqlarının təhsil və tibbi xərclərini qarşılamaq ümidi ilə yollanır.

“İnsanlar xaricə getmək üçün kredit götürür, borclanır və qazandıqları pulla ailələrinə daha yaxşı həyat qurmağa çalışırlar. Böhran zamanı isə onlar əliboş geri qayıdır və borclarını ödəyə bilmirlər”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, yalnız ötən il Nepalda qadınların rəhbərlik etdiyi kooperativlər xaricdə işlə təminat üçün təxminən 600 min ABŞ dolları həcmində kredit ayırıb.

Təşkilat nümayəndəsi əlavə edib ki, müharibələrin yaratdığı psixoloji gərginlik də ciddi problemlərdən biridir:

“Ailələr Yaxın Şərqdə bombardman və hücum xəbərləri eşidəndə böyük qorxu və stress yaşayır. Maddi ziyanı hesablamaq mümkündür, amma insanların yaşadığı psixoloji ağrını ölçmək çox çətindir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı