Modern.az

Bakı və Abşeronun gələcək siması necə olacaq?

Bakı və Abşeronun gələcək siması necə olacaq?

Aktual

Bu gün, 12:10

Şəhərlərin uğuru artıq yalnız iqtisadi göstəricilər və tikinti həcmləri ilə deyil, insanların şəhərdə nə dərəcədə rahat və səmərəli hərəkət edə bilməsi ilə ölçülür.

Modern.az xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov bildirib.

O qeyd edib ki, müasir şəhərlərin rəqabət qabiliyyəti şəhər sistemlərinin əlçatanlığı və sürətli inkişaf şəraitində dayanıqlılığını qoruyub saxlaması ilə müəyyən olunur.

F.Əzizovun sözlərinə görə, Bakı hazırda bir neçə paralel transformasiya mərhələsindən keçir və sovet dövrünün urbanistik modelindən müasir polisentrik metropola çevrilir.

“Şəhər həddindən artıq mərkəzləşmiş strukturdan daha balanslaşdırılmış metropol ekosisteminə keçid edir. Eyni zamanda sənaye şəhərindən mobillik, xidmətlər, texnologiyalar və dəyişən həyat tərzi ilə formalaşan çevik postsənaye şəhərinə çevrilir”.

O həmçinin vurğulayıb ki, müasir şəhərlər ənənəvi planlaşdırma modellərindən daha sürətlə dəyişir və bu proses şəhərsalma sahəsində yeni çağırışlar yaradır.

“20 ildən sonra insanların necə yaşayacağını, işləyəcəyini və hərəkət edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Buna baxmayaraq, gələcəyi mümkün qədər düzgün qiymətləndirmək və buna uyğun planlaşdırmaq məsuliyyətimiz var”.

Onun sözlərinə görə, məhz bu yanaşma əsasında Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üzrə Dövlət Proqramı hazırlanıb.

F.Əzizov onu da əlavə edib ki, proqram Bakı Baş Planı 2040-ın prinsiplərinə uyğun tərtib olunub və əsas məqsəd yalnız yeni yolların inşası deyil, bütövlükdə şəhər mobilliyinin yenidən qurulmasıdır.

“Məqsəd həyat keyfiyyətini yüksəltmək, şəhər üzərindəki struktur təzyiqləri azaltmaq və Bakı ilə Abşeron yarımadasının gələcəyin dayanıqlı metropol məkanına çevrilməsinə dəstək verməkdir”, - deyə o bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı