Modern.az

Prokuror sabiq icra başçısına 6 il cəza istədi

Prokuror sabiq icra başçısına 6 il cəza istədi

Aktual

28 Dekabr 2021, 15:29

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhərinin sabiq baş memarı Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Modern.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib.

 

Prokuror Məharət Mustafayev və Əli Rüstəmovun hər birinin 6 il, Razin Qəhrəmanovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Qeyd olunub ki, Razin Qəhrəmanov barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalında həbs olunmalıdır.

 

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

 

Növbəti proses yanvarın 10-a təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı