Ötən bazar ertəsi dünyada 1,44 milyondan çox insan COVID-19-a yoluxub.
Modern.az xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, bu, xəstəliyə görə yeni dünya rekordudur.
Bundan əlavə, “Bloomberg”in məlumatına görə, bazar ertəsi son yeddi gündə orta yoluxma səviyyəsi də rekord səviyyəyə çatıb. Səbəb kimi “Omicron” ştammının yayılması göstərilir.
Eyni zamanda, son aylarda ölüm nisbəti bir qədər də artıb.
“Bloomberg” son araşdırmalara istinad edərək qeyd edir ki, “Omicron” əvvəlki ştammlara nisbətən 70 dəfə daha sürətli yoluxsa da, onun yaratdığı xəstəlik çox vaxt daha az ağır olur. Qəzet qeyd edir ki, buna görə də ölüm halları artmır. Bununla belə, yoluxanların sayının artması ölkələrin səhiyyə sistemlərinə ciddi yük qoyur və yeni məhdudiyyətlərin tətbiqi yaxın həftələrdə ölüm nisbətinin nə qədər dəyişəcəyindən asılı olacaq.
Akif İsmayılov