Modern.az

Blinken Lavrovla görüşündən gözləntiləri AÇIQLADI

Blinken Lavrovla görüşündən gözləntiləri AÇIQLADI

Aktual

21 Yanvar 2022, 10:00

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Cenevrədə keçiriləcək görüşdən sonra böyük irəliləyişlər gözləmədiyini deyib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

“Mən böyük irəliləyişlər gözləmirəm. Son vaxtlar Rusiya ilə bir çox intensiv danışıqlar aparılıb, onların iştirakçıları məsləhətləşmələrin nəticələrini müzakirə etmək imkanı əldə ediblər, bugünkü görüşdə tərəflərin özləri üçün hansı nəticələrə gəldiyini görmək mümkün olacaq. Ümid edirəm ki, biz Rusiyanın həqiqətən də fikir ayrılıqlarının dialoq və diplomatiya yolu ilə həllində maraqlı olub-olmadığını öyrənəcəyik”,- məlumatda deyilir.

 

Qeyd edək ki, bu gün tərəflər arasında danışıqlar olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı