Modern.az

Daha 3 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Daha 3 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

مورد توجه

16 Sentyabr 2022, 11:58

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, yarışın yeddinci günündə sərbəst güləş üzrə millinin 3 üzvü mübarizəyə qoşulacaq.

 

Əliabbas Rzazadə (57 kq) 1/16 finalda koreyalı Sunqvon Kimlə qarşılaşacaq.

 

Turan Bayramov (74 kq) 1/16 finalda bolqarıstanlı Miroslav Kirovla üz-üzə gələcək.

 

Osman Nurmaqomedov (92 kq) 1/8 finalda Strahinja Despiç (Serbiya) - Maksvel Qarita (Kosta-Rika) görüşünün qalibiylə güləşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı