Modern.az

Türkiyədə meşə yanğını şiddətlənib - VİDEO

Türkiyədə meşə yanğını şiddətlənib - VİDEO

Güncel

21 Sentyabr 2022, 17:16

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meydana gələn yanğının şiddəti artıb.

 

Modern.az xəbər verir ki, hələlik səbəbi bilinməyən meşə yanğını bölgədə əsən küləyin təsirindən sürətlə yayılıb.

 

Alovların bölgədə yerləşən Aksaz Dəniz Baza Komandanlığına çatmaması üçün tədbirlər görülür.

 

Hadisə ilə bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən verilən açıqlamaya görə hazırda yanğının söndürülməsinə 14 xüsusi təyyarə, 35 helikopter və çox sayda yanğınsöndürən texnika, eləcə də 470-dən artıq canlı qüvvə cəlb olunub. Hadisənin aradan qaldırılması üçün yerli əhali də səfərbər olub.

 

Alovların təsirindən yüksələn qatı dumanın Muğlanın müxtəlif bölgələrinə yayıldığı bildirilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı