Modern.az

ADU-nun Konfutsi İnstitutu müsabiqə elan etdi

ADU-nun Konfutsi İnstitutu müsabiqə elan etdi

Aktual

28 Mart 2023, 08:56

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsinə dəvət edir.

 

Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Müsabiqəyə Azərbaycan, Çin və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.

 

Müsabiqə iştirakçılarının işləri mayın 1-dək [email protected] elektron poçt ünvanına qəbul edilir. Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara isə sertifikatlar veriləcək.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı