Modern.az

İraqda türkmən jurnalist öldürülüb

İraqda türkmən jurnalist öldürülüb

World

21 Oktyabr 2016, 23:48

İraqın Kərkük şəhərində çəkiliş aparan jurnalistlərə hücum olub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində “Türkməneli” telekanalının xəbərlər xidmətinin müdiri qətlə yetirilib. Belə ki, jurnalist Əhməd Nəcməddin Həcəroğlu İŞİD terrorçuları ilə İraq ordusu arasında gedən döyüşləri görüntüləmək istəyərkən güllə atəşinə tuş gəlib. O, hadisə yerindəcə dünyasını dəyişib. Televiziyanın rəhbəri Süheyl Kasım isə yaralanıb.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı