Modern.az

Əfqanıstanda mülki əhali bombalandı

Əfqanıstanda mülki əhali bombalandı

World

29 Avqust 2017, 22:45

NATO-ya məxsus hərbi təyyarələr Əfqanıstana növbəti dəfə aviazərbələr endirib. Modern.az xəbər verir ki, bu dəfə də hədəf  Herat vilayətinin Zir Koh mahalı olub. Amma bu dəfə  yanlışlıqla mülki şəxslər hədəf alınıb. Aviazərbələr nəticəsində 29 nəfər ölüb, 7 nəfər  yaralanıb.

Ölənlərdən 16-nın terrorçu olduğu bildirilib.

 

Məlumata görə, aviazərbə endirilən ərazilər Taliban mövqelərinə yaxın olub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı